01 oktyabr 2025 17:40
119

London klubu yarımmüdafiəçisini komandada saxlamaq istəyir

İngiltərənin "Tottenhem" klubu futbolçusu Rodriqo Bentankuru komandada saxlamaq niyyətindədir.

“İki sahil” "Football.london"a istinadən xəbər verir ki, London təmsilçisi yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmağa yaxındır.

28 yaşlı uruqvaylı oyunçunun hazırkı sözləşməsi mövsümün sonunadək qüvvədədir.

Qeyd edək ki, Rodriqo Bentankur 2022-ci ildən "Tottenhem"də çıxış edir. O, cari mövsüm bütün yarışlarda 9 matçda meydanda olub.