01 oktyabr 2025 14:01
120

Azərbaycanın futbol millisi III MDB Oyunlarında finala yüksəlib

Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi III MDB Oyunlarında finala yüksəlib.

“İki sahil” xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu yığma A qrupunda Qırğızıstanla qarşılaşıb. Görüş millimizin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandanın heyətində qollara 53-cü dəqiqədə Tunar Bayramov, 70 və 75-ci dəqiqələrdə Əli Bəşirov, 79-cu dəqiqədə Roman Fərzəli imza atıb. Bu nəticə ilə xallarını 6-ya çatdıran Azərbaycan yığması adını finala yazdırıb.

U-16 həlledici oyunda Rusiya - Özbəkistan cütünün qalibi ilə qarşılaşacaq.