01 oktyabr 2025 23:20
148

"Qarabağ" klubu xalqımızı qürurlandırmaqda davam edir - Prezident İlham Əliyev

Prezident İlham Əliyev "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın "Kopenhagen" klubu üzərində 2:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

"Danimarka çempionu "Kopenhagen" futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən "Qarabağ" dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir".