Azərbaycan və Özbəkistan parlamentlərarası dialoqun inkişafını, ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan Senatı məlumat verib.
"Özbəkistan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə iki ölkə parlamentlərinin dostluq qruplarının üzvləri arasında onlayn formatda görüş keçirilib. Qeyd olunub ki, iki ölkə başçılarının ardıcıl səyləri sayəsində Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə çatıb. Eyni zamanda, bütün istiqamətlərdə ardıcıl şəkildə inkişaf edir", - məlumatda bildirilib.
Tərəflər parlamentlərarası dialoqun da ardıcıl şəkildə inkişaf etdiyini vurğulayıblar.
Görüş zamanı, həmçinin ikitərəfli ticari-iqtisadi, investisiya, turizm, nəqliyyat və regionlararası əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib.