Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayır.
“İki sahil” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bunu "Avropa Siyasi Birliyi"nin Danimarkada keçirilən 7-ci sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı bildirib.