02 oktyabr 2025 15:13
108

Dağıstanda atışma baş verib, yaralananlar var

Dağıstanda Untsukul kəndində atışma baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri bildirib.

Məlumata görə, atışma məktəbin yaxınlığında baş verib. Hadisə nəticəsində üç nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

"Məktəbdə heç kim xəsarət almayıb, dərs prosesi pozulmayıb, təxliyə həyata keçirilməyib", - məlumatda deyilir.