02 oktyabr 2025 19:56
102

Paşinyan: 8-ci Sammit gələn il Ermənistanda keçiriləcək

Avropa Siyasi Birliyinin (ASB) növbəti, sayca 8-ci sammiti 2026-cı il mayın 4-də Ermənistanda keçiriləcək.

“İki sahil” Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"İştirakçı ölkələrdən olan aparıcı həmkarlarımı İrəvana rəsmi dəvət etmişəm; onların hər birini qəbul etmək mənim üçün böyük şərəfdir", - o deyib.