03 oktyabr 2025 19:19
166

Tünzalə Ağayeva “İstəmirəm” hitinə yeni nəfəs verdi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva müəllifi olduğu “İstəmirəm” hitinə yeni nəfəs verib.

“İki sahil” xəbər verir ki, mahnı Xalq artisti Aygün Kazımovanın işıq üzü görən “Best of Aygun: All Stars” albomunda yer alıb. Pop ulduzun ifası bütün sosial platformalarda təqdim olunub.

Qeyd edək ki, mahnının sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğluya, musiqi isə Xalq artistinin özünə məxsusdur. Mahnı 8 il öncə Aygün Kazımovanın ifasında səslənib.