Qazaxıstanda qaz hasilatı 2024-cü ildəki 59 milyard kubmetrdən 2029-2030-cu illərdə 74 milyard kubmetrə qədər arta bilər.
“İki sahil” xəbər verir ki, bunu "QazaqGaz"ın İdarə Heyətinin sədri Alibek Jamauov deyib.
"Artım yeni yataqların istismara verilməsi və mövcud aktivlərdə hasilatın artırılması hesabına təmin olunacaq", - Jamauov 16-cı KAZENERGY Avrasiya Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, daxili enerji təchizatı mənbəyi kimi qazın əhəmiyyəti getdikcə daha çox artır.