Üçrəngli bayrağımız bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmiş yurdumuzun hər qarışında, eyni zamanda düşmən əsarətindən azad edilən torpaqlarda əzəmətlə dalğalanır.
“İki sahil” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, düşmən işğalından azad edilmiş ərazilərində möhtəşəm bərpa-quruculuq işləri uğurla davam etdirilir. Böyük Qayıdış proqramına uyğun olaraq artıq bir sıra şəhər və kəndlərimizə keçmiş məcburi köçkünlərin qayıdışı reallaşıb.
44 günlük Vətən müharibəsində ilk azad olunan Cəbrayıl şəhərində öz ata-baba ocaqlarına qayıdan soydaşlarımızın sevinci müstəqil Azərbaycanın tarixində qürurverici hadisələrdəndir. 1930-cu ilin avqustunda yaradılan Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən qəsb edilmişdi. İşğaldan əvvəl sahəsi 104980 hektar olan Cəbrayıl rayonu 23 inzibati ərazi nümayəndəliyini, o cümlədən 1 şəhər, 4 qəsəbə, 92 kəndi özündə birləşdirib. İşğal altına düşəndigər ərazilərimizdə olduğu kimi, ermənilər Cəbrayıldada sərhəd tanımayan vandalizm əməlləri törədiblər. Bütövlükdə, işğalın fəsadları çox ağır olub. İşğalnəticəsində rayonun 1 şəhəri, 4 qəsəbəsi, 92 kəndi erməniquldurları tərəfindən talan edilərək yandırılıb, 132-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələrvandalizmə məruz qalıb. Bununla bərabər, rayon ərazisindəki 13147 fərdi yaşayış evi, 886 ictimai bina, 8 sənaye, 44 kənd təsərrüfatı, 149 mədəniyyət, 91 təhsil, 1 məktəbdənkənar müəssisə, 3 uşaq musiqi məktəbi, 1 Texniki Peşə məktəbi, 77 səhiyyə, 96 məişət xidməti obyekti, 65 rabitə, 56 körpü və s. düşmən əlinə keçmişdi. Millət vəkilinin sözlərinə görə, Cəbrayıl şəhərinin və bütövlükdə rayonun işğaldan azad edilməsinə gedən yol Cocuq Mərcanlıdan başlayıb. 1994-cü il 5 yanvartarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. Lakin ətrafdakı yüksəkliklər ermənilərin nəzarətində olduğuna görə kəndhələ də təhlükə altında idi. 2016-cı ildə baş vermiş uğurlu Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndi üzərində erməni təhlükəsinə birdəfəlik son qoyuldu. Prezident İlham Əliyev 24 yanvar 2017-ci il tarixində “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Həmin sənədə uyğun olaraq kənddə genişmiqyaslı layihələr həyata keçirilib. Dövlətimizin başçısı 14 iyun 2017-ci ildə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışında şəxsən iştirak edib. Aprel Zəfəri, Cocuq Mərcanlının bərpası tezliklə digər ərazilərimizin də geri qaytarılacağına böyük ümidlər yaratdı. Həmin tarixi anlara isə 44 günlük Vətən müharibəsində şahidlik etdik. Müzəffər Ordumuz Vətən müharibəsinin elə ilk günlərindən düşmən üzərində üstünlüyü ələ aldı. Xatırladaq ki, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad edildi.
2020-ci il oktyabrın 4-də Prezident, Ali BaşKomandan İlham Əliyev sosial şəbəkədə Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı paylaşını etdi: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.
Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, minlərlə əsgər və zabit Prezidentin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.
Pərvin Kərimzadə qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə azad olunmuş Cəbrayıl rayonuna səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib, obyektlərin tikintisi ilə tanış olub. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə işğaldan azad edilmiş digər şəhər və kəndlərdə olduği kimi Cəbrayıl rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Artıq Cəbrayıl şəhəri sakinlərini qoynuna alıb, insanlar öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıblar.
4 oktyabr həm də Cəbrayıl Şəhər Günüdür. Bu tarixi günü xalqımız təntənəli şəkildə qeyd edir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan cəbrayıllıların bir-birini əvəz edən köç karvanları, ata-baba ocaqlarından ucalan şən qəhqəhələr uşaqdan böyüyə, cavandan qocaya hamının qəlbini iftixar və sevinc hissi ilə doldurur - deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.