Oktyabrın 4-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı yaralanan polis zabitinin vəziyyəti ağırdır.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə 32 polis əməkdaşı yaralanıb. Onlardan 30 -u yüngül, biri ağır xəsarətlər alıb. Biri isə orta ağır xəsarət alıb.