05 oktyabr 2025 14:27
89

Çexiya Prezidenti ölkənin yeni kabineti ilə bağlı partiyalarla məsləhətləşmələrə başlayıb

Çexiya Prezidenti Petr Pavel ölkənin yeni hökumətinin formalaşdırılması ilə bağlı parlamentin Deputatlar Palatasına yer qazanmış siyasi partiyaların rəhbərləri ilə məsləhətləşmələrə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "İdnes" xəbər portalı məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 3 və 4-də Çexiyada keçirilən seçkilərdən sonra altı siyasi partiya parlamentin aşağı palatasında yer qazanıb. Seçicilər arasında ən böyük dəstəyi Çexiyanın keçmiş baş naziri Andrey Babişin rəhbərlik etdiyi ANO ("Narazı Vətəndaşların Aksiyası) siyasi hərəkatı qazanıb. Yeni Deputatlar Palatasında ANO nümayəndələri 200 yerdən 80-ni tutacaqlar.

Bu arada Babiş bildirib ki, prezident hələ ona kabinetin formalaşdırılması ilə bağlı göstəriş verməyib.

Prezidentin parlamentdəki partiya liderləri ilə məsləhətləşmələri bir-iki günə planlaşdırılıb.