05 oktyabr 2025 18:32
93

Macarıstan ölkə yollarında sürət həddinin aşmasına görə cərimələri sərtləşdirir

Macarıstanda sürət həddinin aşmasına görə cərimələrin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan yeni yol hərəkəti qaydaları qüvvəyə minib.

“İki sahil” xəbər verir ki, bu barədə “Indeks” nəşri məlumat yayıb.

Hökumət sanksiyaların sərtləşməsini yollarda yol-nəqliyyat qəzalarının sayının artması və sürücülərin intizamının yüksəlməsi zərurəti ilə izah edir.

Yenilənmiş normalara görə, cərimənin məbləği indi sürət həddinin aşılması dərəcəsindən birbaşa asılıdır. Belə ki, kiçik qayda pozuntuları sürücülərə əvvəlkindən baha başa gələcək, eyni zamanda, sürət həddinin ciddi dərəcədə aşmasına görə cərimələr dəfələrlə artıb. Ayrı-ayrı hallarda sürücülük vəsiqəsinin müvəqqəti olaraq alınması da nəzərdə tutulur.

Sürət həddinin aşılması ən təhlükəli hesab edilən əhalinin məskunlaşdığı yerlərdə qayda pozuntularına xüsusi diqqət yetirilir. Səlahiyyətlilər qeyd edir ki, məhz şəhər və qəsəbələrdə əhəmiyyətli sayda ağır nəticələr olan qəzalar qeydə alınır.

Macarıstan polisi sürət kameralarından və mobil patruldan daha fəal istifadə etməyə hazır olduqlarını açıqlayıb. Daxili İşlər Nazirliyinin nümayəndələrinin sözlərinə görə, dəyişikliklərdə məqsəd cərimələr hesabına büdcənin doldurulması deyil, qəzaların sayının azaldılması və insanların həyatının xilas edilməsidir.

Yerli ekspertlər qeyd edirlər ki, bu cür tədbirlər artıq bir sıra Avropa ölkələrində öz effektivliyini göstərib. Bununla belə, sürücülərin yeni qaydalara nə dərəcədə tez uyğunlaşacağı və hakimiyyət orqanlarının yollarda qəza hallarının əhəmiyyətli dərəcədə azaldılmasına nail olub-olmayacağı sual altında qalır.