23 noyabr 2026 00:11
128

Kuşner: ABŞ Rusiyanı NATO-nun qarşıdurma istəmədiyinə inandırmağa çalışır

ABŞ Rusiyanı NATO-nun onunla qarşıdurma yaratmaq niyyətində olmadığına inandırmağa çalışır.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Vaşinqton Ukraynanın təhlükəsizliyinin təmin olunduğu, Avropanın daha güclü olduğu, Rusiyanın isə NATO-nun qarşıdurma axtarmadığına əmin olduğu gələcək naminə çalışır.

Kuşner, həmçinin NATO və tərəfdaşlarının Rusiyanın qonşularının suverenliyinə və təhlükəsizliyinə hörmət etməsinin vacibliyini vurğulayıb.