İsveç polisi internetdə mövcudluğunu gücləndirmək və vətəndaşlarla əlaqə qurmaq üçün sosial mediada altı rəqəmsal polis məntəqəsi işə salıb.
“İki sahil” xəbər verir ki, onlayn stansiyalar müəyyən saatlarda işləyir, istifadəçilər isə “Facebook Messenger” və ya “Instagram” vasitəsilə polislərə birbaşa müraciət edə bilərlər.
Vətəndaşlara, həmçinin sürətin aşması şikayətindən tutmuş qeyri-qanuni narkotik istifadəsi ilə bağlı məlumatlara və təhlükəli vəziyyətlərə səbəb ola biləcək digər vəziyyətlərə qədər cinayətlər barədə ərizə verməkdə kömək göstərilir.
Stokholm yaxınlığındakı Kungsholmen bölgəsini əhatə edən onlayn stansiyanın rəhbəri Ola Okessonun sözlərinə görə, polis quldur dəstəsinə insanların cəlb olunduğu, təhdid edildiyi, fırıldaqçılıq faktları və digər hüquq pozuntuları barədə məlumatın qeydə alındığı yerdə olmalıdır. Kungsholmen qrupunun artıq təxminən 32 min üzvü var.
İlk həftə ərzində gənclərin cinayətkar qruplaşmalara cəlb olunmasının qarşısının alınmasına xüsusi diqqət yetirilib.
“Bu, bizim prioritetimizdir, axı söhbət ağır cinayətlərin qarşısının alınması və yeniyetmələrin zorakılıq və cinayətə cəlb olunmasından gedir”, - deyə Okesson vurğulayır.
Gənclərin “TikTok” və “Snapchat”dan “Facebook” və “Instagram”dan daha tez-tez istifadə etmələri ilə bağlı irada o, cavab verdi ki, onlara dolayı yolla - valideynlər vasitəsilə, diqqət etmələri lazım olan həyəcan siqnallar barədə məlumatlandıraraq söz çatdırmağa ümid edirlər.
Yaxın gələcəkdə diqqət onlayn fırıldaqçılıq və məişət zorakılığı ilə mübarizəyə yönəldiləcək.
Bir çox vətəndaş bu təşəbbüsü alqışlasa da, digərləri polisin rəqəmsal mövcudluğunun nəzarət hissi yarada və özünüsenzuraya gətirib çıxara biləcəyindən narahatlığını ifadə edirlər.
Oxşar onlayn patrullar Stokholmun digər rayonlarında, həmçinin ölkənin digər hissələrində fəaliyyət göstərir.