Bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sabah” ilə “Karvan-Yevlax” komandaları üz-üzə gəlib.
“İki sahil” xəbər verir ki, matç zamanı “Sabah”ın futbolçusu Joy-Lance Mickels bel nahiyəsindən ağır zədə alaraq oyunu tərk etmək məcburiyyətində qalıb.
Oyunçu dərhal təcili yardım vasitəsilə xəstəxanaya aparılıb.
İlkin məlumatlara görə, onun bel sümüyündə sınıq olduğu bildirilir.