Gürcüstan hakimiyyəti öz siyasəti ilə Aİ-yə üzvlük prosesini baltalayır.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Anitta Hipper brifinqdə bildirib.
"Biz görürük ki, Gürcüstan hakimiyyəti bu prosesi təhlükə altına alır", - deyə, o, qeyd edib.
O, Gürcüstanda baş verənləri “demokratik geri çəkilmə” adlandırıb və əlavə edib ki, Avropa İttifaqı bu ölkə ilə siyasi əlaqələri minimuma endirib.
Bundan əvvəl Gürcüstanın Baş Prokurorluğu Tbilisidə keçirilən etiraz aksiyasının beş təşkilatçısına qarşı ittiham irəli sürüb.
Baş nazir İrakli Kobaxidze bəyan edib ki, Gürcüstanda “Maydan” təşkil etmək cəhdi iflasa uğrayıb.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir