Fransanın baş naziri vəzifəsindən istefa verən Sebastien Lekornu istefasının səbəblərini açıqlayıb.
“İki sahil” xəbər verir ki, onun mətbuat konfransı BFMTV tərəfindən yayımlanıb.
Səbəblərdən biri kimi o, müxalifətin Fransa Konstitusiyasının büdcə və sosial təminat haqqında qanun layihələrinin parlament üzvləri tərəfindən qeyri-məhdud sayda səsvermə olmadan keçməsinə icazə verən 49.3-cü maddədən imtina edəcəyi ilə bağlı verdiyi zəmanətə reaksiyasını göstərib.
Lekornu istefasına səbəb kimi siyasi partiyaların mövqelərini də göstərib. O, iddia edir ki, hər bir partiya yalnız öz platformasının tam qəbul olunmasını istəyir.