06 oktyabr 2025 16:16
121

İspaniyanın telekommunikasiya nəhəngi 6000-ə qədər əməkdaşını ixtisar edəcək

İspaniyanın aparıcı telekommunikasiya operatoru "Telefonica" ilin sonuna qədər ən azı 6 min işçisini ixtisar etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Expansion" adı açıqlanmayan məlumatlı mənbələrə istinadla məlumat yayıb.

Yerli həmkarlar ittifaqı razılaşarsa, ixtisarlardan təsirlənən işçilərin ümumi sayı 7000-ə çata bilər. "Telefonica" İspaniya ilə yanaşı, digər Avropa ölkələrində, Latın Amerikası və Çində də var.

Hazırda şirkətdə bütün dünyada təxminən 100.000 işçi çalışır.

"Reuters"in məlumatına görə, operator yeni strateji planını noyabrın 4-də təqdim etməyi planlaşdırır. İşdən çıxarma və erkən pensiya müavinətlərini özündə əks etdirən planın Telefonica-nın 2024-cü ildə həyata keçirdiyi və 55 və daha yuxarı yaşda olan işçilərə təklif edilən plana bənzəyəcəyi gözlənilir.