06 oktyabr 2025 16:46
99

Bu ilin 9 ayında dövlət qurumları 60 domen alıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 60 yeni domen verilib.

“İki sahil” Dövlət Xidmətindən verilən məlumata istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə əlavə olaraq 205 yeni subdomen də təqdim olunub ki, bu da 1 il əvvələ nisbətən 23 faiz azdır. Təkcə sentyabrda 27 yeni domen və 28 subdomen istifadəyə verilib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 13,5 dəfə çox və 6,7 faiz azdır.

Məlumata görə, 2024-cü ildə dövlət qurumları ümumilikdə 64 yeni domen və 367 yeni subdomen alıb.