06 oktyabr 2025 23:15
112

Rusiya Ukraynanın itkilərini açıqladı - 1321-ci gün

Rusiya müharibənin 1321-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 667 təyyarəsi, 283 helikopteri, 88 529 PUA-sı, 631 zenit-raket kompleksi, 25 377 tank və digər zirehli texnikası, 1 593 reaktiv yaylım atəş sistemi, 30 215 artilleriya və minaatanı, 43 288 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.