Azərbaycanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısı Türk dünyasının birlik, sabitlik və ortaq gələcəyini gücləndirən tarixi bir görüşdür.
“İki sahil” xəbər verir ki, bunu TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair "X" hesabındakı paylaşımında qeyd edib.
O bildirib ki, qardaşlıqdan doğan bu birlik regional sülh və qlobal nizam üçün davamlı güc mənbəyidir.
B.Yıldırım, həmçinin qonaqpərvərlik üçün Azərbaycan liderinə təşəkkür edib.
Qeyd edək ki, B.Yıldırım TDT-nin XII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdədir.
Prezidentin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB