07 oktyabr 2025 11:16
283

Maşınla vurulan piyada ölüb - Göyçayda

Göyçay rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Ağakərim Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən 41 yaşlı piyada Taleh Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC