Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 7 milyon 156 min 851 sərnişin daşınıb.
"İki sahil" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin 9 ayı ilə müqayisədə 19,5 % çoxdur.
Bu ilin sentyabr ayında ümumi sərnişindaşıma göstəricisi isə keçən ilin müvafiq dövrünün nəticələrini 17 % üstələyib. Ötən ay ərzində ADY ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 944 min sərnişin daşınıb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır