07 oktyabr 2025 11:48
283

ABŞ Ukraynaya bu raketləri verəcəkmi?

ABŞ administrasiyası Amerika hakimiyyətinin Ukraynanın uzaqmənzilli “Tomaqavk” raketlərindən istifadəsinə nəzarət edə bilməyəcəyindən narahatdır.

“İki sahil” xəbər verir ki, bu barədə “Axios” Ukrayna hökumətinə yaxın mənbələrə istinadla məlumat yayıb.

Sözügedən raketlər NATO ölkələri tərəfindən Ukrayna üçün alınacaq raketlərdir. Nəşrin mənbələrinə görə, Ukrayna hakimiyyəti ABŞ prezidenti Donald Trampın bu silahların Kiyevə tədarükü ilə bağlı qərarından hələ ki, xəbərdar deyil.

Ötən gün Tramp bildirib ki, yekun təsdiq Ukraynanın "Tomaqavk" raketlərindən necə istifadə etməyi planlaşdırmasından asılıdır. Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, bu raketlərin Kiyevə verilməsi Moskva ilə Vaşinqton arasında münasibətlərin pozulmasına gətirib çıxaracaq.