07 oktyabr 2025 12:34
119

Xüsusi qayğıya ehtiyacı olan uşaqların ataları üçün təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və onların sosial reabilitasiyası sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Təşkil edilən tədbirlərin davamı olaraq, 4 oktyabr 2025-ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibində olan Mərdəkan Mədəniyyət Sarayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi, Daun Sindromlu Şəxslərin Assosiasiyasının fəaliyyətindən bəhrələnən və Sosial Xidmətlər Agentliyinin Sabunçu Sosial Xidmət Mərkəzində xidmət alan uşaqların ataları üçün “Valideyn məsuliyyəti” mövzusunda təlim təşkil edilib.

Tədbirdə Əlilliyi olan şəxslərin “Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin sədri, əlillik məsələləri üzrə ekspert Aydın Xəlilov iştirak edərək, uşaqlara qayğı və onların təlim - tərbiyəsində valideynlərin rolu ilə bağlı məqamlardan söz açıb.

Təlim müzakirələrlə davam edib.

Sonda atalara uşaqların istifadəsi üçün dəftərxana ləvazimatları, inkişafetdirici oyuncaqlar, idman alətləri və kiçik motorikanın inkişafı üçün oyunlar təqdim edilib.