07 oktyabr 2025 15:00
152

PLASFED nümayəndə heyəti “SOCAR Türkiyə”nin Aliağa kompleksini ziyarət edib - FOTO

Türkiyənin Plastik Sənayeçiləri Federasiyasının (PLASFED) prezidenti və nümayəndə heyəti “SOCAR Türkiyə”nin İzmirin Aliağa rayonunda yerləşən sənaye kompleksində olublar. Ziyarət zamanı qonaqlara “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov və “SOCAR Türkiyə”nin neft emalı və neft-kimya biznes vahidinin rəhbəri və “Petkim”in baş direktoru Kanan Mirzəyev şirkət barədə ətraflı məlumat verib.

Görüş zamanı qonaqlara “SOCAR Türkiyə”nin neft-kimya və emal sahələrində həyata keçirdiyi dayanıqlı istehsal praktikaları, sənayenin inkişafına verdiyi əlavə dəyər və investisiya strategiyaları barədə ətraflı məlumat təqdim olunub.

Tərəflər həmçinin sənaye sahələri arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər, Türkiyə sənayesinin rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş potensial istiqamətləri dəyərləndiriblər.

“SOCAR Türkiyə”nin nümayəndələri bildiriblər ki, şirkət Türkiyədə istehsal ekosisteminin gücləndirilməsinə töhfə verən bütün əməkdaşlıqlara önəm verir, dayanıqlı inkişaf, səmərəlilik və innovativ həllər əsasında fəaliyyətini davam etdirir.

“SOCAR Türkiyə” olaraq, ölkədə istehsalın və sənayenin inkişafına dəstək göstərən bütün əməkdaşlıqlara açığıq. Biz dayanıqlı böyümə və innovativ yanaşmalarla Türkiyə iqtisadiyyatına dəyər qatmaqda qərarlıyıq”, deyə şirkətdən bildirilib.

Orxan Vahidoğlu, “İki sahil”