Braziliya millisi yoxlama görüşündə Cənubi Koreyanı böyük hesabla məğlub edib.
“İki sahil” xəbər verir ki, "sambaçılar" səfərdə rəqibinin qapısından 5 cavabsız top keçiriblər.
Qonaqların heyətində Estevan Villian (13, 47), Rodriqo (41, 49) və Vinisius Junior (77) fərqləniblər.
Qeyd edək ki, Karlo Ançelottinin baş məşqçisi olduğu Braziliya yığması növbəti yoxlama oyununu 4 gün sonra Yaponiyaya qarşı keçirəcək.