Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Hindistan Prezidenti Draupadi Murmu və Baş nazir Narendra Modinin dəvəti ilə oktyabrın 13-dən 16-dək Hindistan Respublikasında dövlət səfərində olacaq.
“İki sahil” Montsame.mn-ə istinadla xəbər verir ki, səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 70 illiyinin qeyd olunmasına təsadüf edir.
Prezident Xurelsux Hindistan prezidenti Draupadi Murmu ilə görüşməyi, baş nazir Narendra Modi ilə rəsmi danışıqlar aparmağı, strateji tərəfdaşlığın genişləndirilməsi və inkişafı, eləcə də geniş spektrli regional və beynəlxalq əməkdaşlıq mövzularını müzakirə etməyi planlaşdırır.
Səfər çərçivəsində Monqolustan-Hindistan biznes forumu, konsert və “Gözəl Monqolustan” adlı sərgi keçiriləcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”