11 oktyabr 2025 10:35
104

Metronun "28 May" stansiyasında sərnişin vəfat edib

Qatarda halı pisləşmiş sərnişin Bakı metrosunun "28 May" stansiyasında düşürüldükdən qısa vaxt sonra vəfat edib.

"Bakı Metropoliteni" QSC-dən “İki sahil”ə bildirilib ki, məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib.