Kabil İslamabadla sülh münasibətlərinin tərəfdarıdır, lakin lazım gələrsə, öz təhlükəsizliyini müdafiə etməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə Nyu Dehlidə səfərdə olan Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi bildirib.
"Biz [Pakistanla] sıfır gərginlik və sülh münasibətləri istəyirik. Amma münasibətlər səhv idarə olunarsa, təhlükəsizliyi necə təmin edəcəyimizi də bilirik", - deyə nazir qeyd edib.
O əlavə edib ki, Pakistan Əfqanıstanı günahlandırmaq əvəzinə “öz nəzarət məntəqələrinə nəzarət etməlidir”.