YAP Ağdaş rayon təşkilatı Kotanarx kənd ərazi partiya təşkilatında Konstitusiya və Suverenlik ili çərçivəsində partiya fəalları ilə görüş keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İki sahil” xəbər verir ki, görüşdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov müstəqil Azərbaycan dövlətinin keçdiyi tarixdən, həmçinin ölkəmizdə “Konstitusiya və Suverenlik İli”nin elan edilməsinin əhəmiyyətindən geniş bəhs edib. Məlum olduğu kimi, bu il mütəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30, Vətən müharibəsində qazandığımız Zəfərin isə 5 ili tamam olur. Əlişah Rəcəbov vurğulayıb ki, müstəqil Azərbaycan dövlətinin əldə etiyi hər bir uğurun təməlində Ulu Öndər Heydər Əliyevin siyasi kursu dayanır.
Partiya fəallarından Sevda Cavadova, Almaz Eminova və Fidan Qəhrəmanova çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini, ölkəmizin suverenliyinin təmin olunduğunu bildiriblər. Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti-quruculuq işləri aparılır və keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarında qayıdırlar.