13 oktyabr 2025 14:33
95

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

“İki sahil” xəbər verir ki, dövlət başçısı sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı.