Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şahbulaq kəndinin turizm potensialının yenidən dəyərləndirilməsi və infrastrukturunun inkişafı ilə bağlı olaraq Şərur Rayon Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrin iştirakı ilə “Bir gün kənddə – bir ömürlük xatirə” adlı xalq yaradıcılığı günü keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə kənd sakinləri tərəfindən yunəyirmə,xalça toxuma,plov süzmə,ərişdə kəsmək,nehrə, nənələrin bayatısı,samovar çayı,arıçılıq haqqında məlumat verilib.
Sonra Kətə bişirmə və müxtlif musiqi və rəqs nümunələri - “Balabanda ifa”, “Trio”, “Qaladan Qalaya” , “El yallısı” təqdim olunub.