17 oktyabr 2025 18:31
195

Jurnalistlər "Əshabi-Kəhf Ziyarətgahı"nda olublar - FOTO

Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə muxtar respublikaya mediatur çərçivəsində jurnalistıər "Əshabi-Kəhf Ziyarətgahı"nda da oldular.

“İki sahil”in media-turda iştirak edən əməkdaşı xəbər verir ki, mediatur bələdçisi Səidə Musayeva məlumat verdi ki, "Əshabi-Kəhf" ziyarətgahı Naxçıvan şəhərindən təqribən 12 km aralıda, Haçadağ və Nəhəcir dağı arasında yerləşən müqəddəs dini ziyarətgahdır. Bu müqəddəs mağara kompleksinin “Qurani-Kərim”in Əl- Kəhf"   18- ci surəsində  xatırlanan  mağara ilə əlaqəli olduğu təxmin edilir. 

"Əshabi-Kəhf" ziyarətgahı ən qədim zamanlardan müqəddəs bir yer, ulu Tanrıya inam, ümid bəsləyən, ilahi gücünə inanan insanların səcdəgahı kimi tanınır. Ziyarətgah min illərdir burada yaşayan və bura ziyarətə gələn insanların inanc yeridir.

Son illərdə Əshabi-Kəhf ziyarətgahının ərazisində yenidənqurma, bərpa və abadlıq işləri aparılıb. Bərpa və abadlıq işləri zamanı "Əshabi-Kəhf"də zəvvarlar üçün yaxşı şərait yaradılıb və məscid tikilib. Hazırda buraya Azərbaycanın başqa bölgələrindən və xarici ölkələrdən zəvvarlar, turistlər və qonaqlar gəlir.

Orxan Vahidoğlu, "İki sahil"