Bu gün Dohada Əfqanıstan və Pakistan nümayəndə heyətlərinin görüşü keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabihulla Mücahid “X” sosial şəbəkə hesabında bildirib.
“Müdafiə naziri Məhəmməd Yaqubun rəhbərlik etdiyi ‘İslam Əmirliyi (Əfqanıstan)-in yüksək səviyyəli nümayəndə heyəti danışıqlar üçün Dohaya yola düşüb”, - Mücahid qeyd edib.
Xatırladaq ki, oktyabrın 15-də Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs razılaşması bağlanıb. Qarşı tərəflər dəfələrlə bir-birini atəşkəsi pozmaqda ittiham etsələr də, sonradan atəşkəs müddətinin uzadılması barədə razılıq əldə olunub.