18 oktyabr 2025 17:12
111

"Air China" aviaşirkətinin təyyarəsi Şanxayda təcili eniş edib

Çinin "Air China" aviaşirkətinin təyyarəsi bortunda litium batareyasının alışması səbəbindən Şanxayda təcili eniş edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Xançjou-İnçxon reysini yerinə yetirən təyyarədə baqaj rəfi qəfildən alışıb.

Sərnişinin əl yükündə saxlanılan litium batareyası öz-özünə alışıb.