18 oktyabr 2025 16:27
134

MPL: “Qəbələ” "İmişli" yarışında 4 qol, 1 xal

Misli Premyer Liqasının 8-ci turunda “İmişli” “Qəbələ” ilə qarşılaşıb.

İki sahil”in məlumatına görə, Qubada keçirilən oyunun 44-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Domi Massumo hesabı açıb. 47-ci dəqiqədə isə İbrahim Sanqare hesabı 0-2 edib.

Yarışın 74-cü dəqiqəsində “İmişli”nin futbolçusu R.de Souza fərqi azaldıb. 80-ci dəqiqədə isə Dioqo Almeyda bərabərlik qolunun müəllifi olub - 2-2.

Misli Premyer Liqası,

8-ci tur

18 oktyabr (şənbə)

14:30. “İmişli” 2-2 “Qəbələ”

Qollar: Domi Massumo, 44 (0-1), İbrahim Sanqare, 47 (0-2), R.de Souza 74 (1-2), Dioqo Almeyda, 80 (2-2)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov

VAR: Tural Qurbanov

AVAR: Şirmamed Mamedov

Quba OİK stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”