18 oktyabr 2025 18:15
119

ABL: "Sabah" "Şəki"ni məğlub edib

Azərbaycan Basketbol Liqasının III turunda "Sabah" "Şəki" ilə üz-üzə gəlib.

“İki sahil” xəbər verir ki, Bakı İdman Sarayında keçirilən A qrupunun görüşündə Bakı təmsilçisi rəqibini 85:66 hesabı ilə məğlub edib.

Bu gün III turda daha bir matç oynanılacaq. "Sumqayıt" eyni məkanda "Quba" ilə görüşəcək.

Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında "Naxçıvan" "Lənkəran"ı (91:82), "Ordu" isə "Sərhədçi"ni (85:73) üstələyib.