20 oktyabr 2025 16:03
122

Azərbaycan Dəmiryol Muzeyini “Açıq qapı” günlərində 9 mindən çox insan ziyarət edib

Azərbaycan Dəmiryol Muzeyini 14-19 oktyabr “Açıq qapı” günlərində 9 mindən çox insan ziyarət edib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) "İki sahil"ə verilən məlumata görə, məktəblilər başda olmaqla, ziyarətçilər dəmir yollarının 145 illik tarixi, keçmişdən bu günə inkişaf yolu, müxtəlif eksponatlar və daha çoxu ilə yaxından tanış olublar.

""Açıq qapı" günləri bitsə də, muzey ənənəvi olaraq bazar ertəsi istisna olmaqla, hər gün ziyarət üçün açıqdır", - məlumatda qeyd olunub.