ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, 1 noyabr tarixindən etibarən Çindən idxal olunan mallara 155 faizlik gömrük rüsumu tətbiq olunacaq.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Bu tədbirin onlar üçün davamlı olacağını düşünmürəm. Çinə qarşı yaxşı rəftar etmək istəyirəm,” – deyə ABŞ prezidenti vurğulayıb.
Bundan əlavə, Tramp Çinin Rusiyadan neft alması ilə əlaqədar Pekinə qarşı əlavə rüsumların tətbiq olunacağı barədə məlumatı təsdiqləməyib.