Son 20 ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 14 dəfə, xərcləri isə 17 dəfədən çox artıb.
“İki sahil” xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktik konfransında bildirib.
"Bu dövrdə adambaşına büdcə xərcləri 14 dəfədən çox artıb", - deyə nazir müavini qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, əgər 2003-cü ildə Azərbaycanın dövlət borcunun 89 %-i xarici, 11 %-i daxili borcun payına düşürdüsə, bu gün 33 %-i xarici, 67 %-i daxili borcun payına düşür.
Nazir müavini Elçin Zeynalov FAO-nun Regional Konfransının 35-ci sessiyasında iştirak edir
PAŞA Bank İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzatdı