2025/2026 UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turu çərçivəsində 21 və 22 oktyabr tarixlərində keçirilən 18 oyunda komandalar ümumilikdə 71 qol vurub.
“İki sahil”in UEFA-nın mətbuat xidmətinə istinadən məlumatına görə, bu göstərici turnirin tarixində məhsuldarlıq baxımından rekord təşkil edir.
Əvvəlki rekord (18 matçda 67 qol) tarixdə iki dəfə qeydə alınıb: cari mövsümün Çempionlar Liqasının 1-ci turunda və ötən kampaniyanın əsas Avropa Kubokunda 5-ci turda.
Xatırladaq ki, 21 oktyabrda 3-cü turun ilk doqquz oyununda 43 qol vurulub. ÇL-in ikinci oyun günündə komandalar 28 dəfə fərqləniblər.
Qeyd edək ki, əsas Avropa Kubokunda bir turda 70-dən çox qol ilk dəfə vurulub.
Hazırda turnir cədvəlinə 9 xal toplayan "PSJ" başçılıq edir. İkinci yerdə eyni xala malik "Bavariya" qərarlaşıb. Üçüncü yerdən beşinci yerə qədər eyni xala malik "İnter", "Arsenal" və "Real" yerləşiblər.
Mikayıl Cabbarov U23 dünya çempionatında medal qazanan güləşçiləri təbrik edib