23 oktyabr 2025 16:31
127

Fransada prezident seçkilərində sürpriz namizəd

Fransada Yaşıllar Partiyasının milli katibi Marin Tondelye 2027-ci il prezident seçkilərində namizədliyini rəsmən açıqlayıb. Bu xəbər tam sürpriz olmasa da, onun elan tərzi və zamanlaması siyasi dairələrdə diqqət çəkib.

“İki sahil” xəbər verir ki, Marin Tondelye öz namizədliyini TF1 kanalının axşam xəbərlərində elan edib. “Mən Fransa prezidentliyinə namizədəm”, - deyə M. Tondelye bildirib. O, artıq seçki kampaniyası üçün şüarını da müəyyənləşdirib: “Başqa bir Marin mümkündür”.

Bu ifadə həm Marin Lö Penə eyham, həm də siyasi alternativ mesajıdır. Qeyd edək ki, hər iki siyasətçi Hauts-de-France bölgəsində, Pas-de-Calais departamentində eyni seçki bazasında fəaliyyət göstərir.

Tondelye ümid etdiyini bildirib ki, onun namizədliyi solçular və ekoloqlar arasında keçiriləcək ilkin seçkilərlə təsdiqlənəcək.