Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonun Kiyevə uzaqmənzilli silahlardan istifadə etməklə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməsi ilə bağlı xəbərləri təkzib edib.
“İki sahil” xəbər verir ki, o, bu barədə Brüsseldə Avropa Şurasında çıxışı zamanı bildirib.
"The Wall Street Journal" nəşrində ABŞ-nin uzaqmənzilli silahların istifadəsinə dair bütün məhdudiyyətlərin aradan qaldırıldığını iddia edən məlumatı şərh edən Zelenski qeyd edib ki, Ukrayna 150-3000 kilometr məsafədəki hədəfləri vura bilən öz uzaqmənzilli silahlarından istifadə edə bilər.
O, Ukraynanın Rusiyadakı hədəfləri vurmaq üçün Amerikanın uzaqmənzilli sistemlərindən istifadə etmədiyini qeyd edib və ABŞ-nin Kiyevi "Tomahawk" raketləri ilə təmin edəcəyinə şübhə etdiyini bildirib.
"Biz belə uzaqlıqdakı hədəfləri vura biləcək müxtəlif növ silahlardan istifadə etmişik, lakin yalnız döyüş əməliyyatlarının aparıldığı ərazilərə zərbə endirmişik", - Ukrayna Prezidenti əlavə edib.