23 oktyabr 2025 15:04
263

YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatında tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı üzrə Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatında  yığıncaq keçirilib. 

“İki sahil” xəbər verir ki, əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev çıxışında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından danışıb. M.Yolçiyev Azərbaycanın qarşıda duran strateji hədəflərə doğru inamla irəlilədiyini bildirib. Qeyd olunub ki, Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində şanlı Qələbənin 5-ci ildönümü ilə əlaqədar, 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunub.

Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədri Vüsal Rzayev və digərləri bildiriblər ki, Azərbaycan tarixdə heç zaman bu qədər güclü olmayıb. Natiqlər vurğulayıb ki, qətiyyətli Lider sayəsində ölkəmiz dünyada böyük nüfuza və regionda söz sahibinə çevrilib.