24 oktyabr 2025 08:10
107

Tramp: Kanada ilə bütün ticarət danışıqları dayandırılıb

ABŞ Prezidenti Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarının dayandırıldığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb. Dövlət başçısı bu addımın Kanadada ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın rüsumlarla bağlı mənfi danışdığını göstərən saxta reklam çarxı ilə bağlı atıldığını deyib.

“Ronald Reyqan Fondu Kanadanın saxta şəkildə Ronald Reyqanın tariflər haqqında mənfi danışdığını göstərən reklam çarxı yayımladığını açıqlayıb. Reklamın dəyər 75 min dollar təşkil edib. Onlar bunu yalnız ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarına müdaxilə etmək üçün etdilər. Tariflər ABŞ-ın milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox vacibdir. Onların bu davranışlarına əsasən, Kanada ilə bütün ticarət danışıqları dayandırılır”,- deyə Tramp vurğulayıb.