24 oktyabr 2025 10:32
105

Bakıda "SOCGOV 2025: Süni zəka insan və transformasiya üçün" adlı beynəlxalq konfrans keçirilir

Bakıda "SOCGOV 2025: Süni zəka insan və transformasiya üçün" adlı beynəlxalq konfrans keçirilir.

“İki sahil” xəbər verir ki, tədbirdə sosial xidmətlərin gələcək inkişafı, yeni idarəetmə yanaşmaları və beynəlxalq təcrübələr paylaşılacaq.

Azərbaycanda ilk dəfə keçirilən "SOCGOV 2025"in təşkilində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir:

Konfransda vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzuları gündəmə gətiriləcək. Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, həmçinin əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzularında müzakirələr aparacaqlar.

Tədbirdə dünyanın 20-dən çox ölkəsindən ümumilikdə 350-dən artıq nümayəndənin iştirakı gözlənilir.