24 oktyabr 2025 14:09
121

Peskov: Budapeşt görüşü ləğv edilməyib, sadəcə...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Budapeştdə keçiriləcək görüşün ləğvi ilə bağlı vəziyyəti şərh edib.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

"Zirvə görüşünün dəqiq tarixlərini heç kim açıqlamayıb, heç kim razılığa gəlməyib. Bu baxımdan, konkret razılaşmaları olmayan bir şeyi pozmaq mümkün deyil", - deyə o qeyd edib.

Kreml sözçüsünün qeyd edib ki, hər iki lider əvvəllər sadəcə görüş xatirinə görüş keçirmək niyyətində olmadıqlarını bildiriblər.

"Nə Tramp, nə də Putin - bunu deyiblər - vaxt itirmək istəmirlər; onlar sadəcə görüş xatirinə toplaşmaq istəmirlər", - deyə Peskov vurğulayıb.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Budapeştdə keçiriləcək görüşü ləğv etdiyini açıqlamışdı.