Yaxın müddətdə meyitdən orqan transplantasiyası daha da sürətlənəcək.
“İki sahil” xəbər verir ki, bunu Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda keçirilən "Regionda ilk: Meyitdən orqan nəqli. Uğurlu təcrübədən gələcəyə doğru" beynəlxalq elmi konfransda deyib.
O qeyd edib ki, meyitdən orqan köçürülməsinə ciddi baxmaq lazımdır:
"Sumqayıt həkimlərinin də bu sahədə aktiv işləməsi önəmlidir. Məlumata görə, bu il ölkədə ümumilikdə 305 nəfərə orqan nəqli edilib. Bu, çox azdır. Hesab edirəm ki, yaxın müddətdə meyitdən orqan transplantasiyası daha da sürətlənəcək".